Ərdoğan: "Türkiyə ona inanan heç kimi utandırmadı"

"Bu qədər problemlə belə böyük bir iqtisadi gücün eyni anda mövcud olduğu başqa bir  ölkə varmı, bilmirəm"

609799
Ərdoğan: "Türkiyə ona inanan heç kimi utandırmadı"

 Bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  İstanbulda  Tuzla-Sədəf Zavodunda gəmilərin suya salınması mərasimində dedi.

Ərdoğan çıxışında  Türkiyənin ən böyük probleminin özünü adekvat şəkildə ifadə edə bilməməsi olduğunu və bunun Türkiyənin malik olduğu bənzərsiz xüsusiyyətlərdən irəli gəldiyini bildirdi.

 "Terror təşkilatları tərəfindən törədilən terror hadisələri yalnız olduğu yerdə və  anda təsirini hiss etdirir. Dərdimizi, qəzəbimizi artırır, amma işlərimizə əsla təsir etmir" deyən prezident: "Türkiyə ona inanan, sərmayə qoyan heç kimi utandırmadı və utandırmaz. Beynəlxalq investorların əhəmiyyətli hissəsi, bu həqiqəti gördükləri üçün ölkəmizə yatırdıqları sərmayələri artıraraq fəaliyyətlərinə davam edirlər. İş adamlarına deyirəm ki sərmayələrinizi gecikdirməyin, geciksəniz peşman olarsınız " deyə qeyd etdi.

 Tuzla-Sədəf Zavodunun inşası tamamlanan 4 gəmisindən 2-nin İndoneziyada, birinin Qana, birinin də Myanmada elektrik enerjisi istehsal edərək, bu ölkələrin enerji ehtiyaclarının ödənilməsinə kömək edəcəyini bildirən Ərdoğan İstanbul boğazının altından keçən Avrasiya Tunelinin açılışının 20 dekabrda olacağını söylədi.

İki mərtəbəli tuneldə avtomobillərin artıq Asiyadan Avropaya, Avropadan da Asiyaya keçəcəyini ifadə edən dövlət başçısı dünyanın ən böyük hava limanının ilk mərhələsinin də 2018-ci ilin ilk rübündə açılacağını qeyd etdi.
 
 Ərdoğan sürətli qatar xətləri və şəhər xəstəxanaları , 29 stadion layihəsi, təxminən 6,5 milyon binanın sökülüb yerinə yenilərinin inşasını hədəfləyən şəhərsalma layihələri barədə danışdı.
 
 Türkiyənin baş naziri Binəli Yıldırım da Tuzla-Sədəf Zavodundakı  mərasimdə çıxış edərək terrorla mübarizənin əzmlə davam etdiyini vurğuladı.
Yıldırım: "Çörəyimizi bölüşürük, amma ölkəmizin bölünməsinə imkan vermərik" dedi.

 2016-ci ildə dəniz yolu ilə daşınan vasitə sayının əhəmiyyətli dərəcədə artaraq 330 min olduğunu bildirən baş nazir: " Bu gün Türkiyədə gəmilərdə 185 min insan işləyir. Bu baxımdan dünyanın aparıcı ölkələrindən də irəlidə olaraq, Çindən sonra ikinciyik" dedi.
 
Sonra Türk istehsalı olan Üzən Enerji Gəmiləri Qana, Myamma və İndoneziyaya yola salındılar.
 
300 metr uzunluqları və 480 Megavatlık gücləri olan  gəmilər  dünyanın ən böyük enerji gəmisi xüsusiyyətinə malikdirlər.
 
 Gələn il başa çatdırılması planlaşdırılan 14 yeni enerji gəmisinin də inşasına başlanılıb.



Әlaqәli Xәbәrlәr