Türkiyə XİN ölkə vətəndaşlarına xəbərdarlıq etdi

Türkiyə Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarında  noyabrın 8-də keçirilən prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq etdi.

609484
Türkiyə XİN ölkə vətəndaşlarına xəbərdarlıq etdi

Türkiyə Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarında  noyabrın 8-də keçirilən prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları ilə bağlı ölkədə olan və ya ABŞ-a səyahət etmək istəyən Türkiyə vətəndaşlarına ehtiyatlı olmaları üçün xəbərdarlıq etdi.
 
 Nazirliyin internet saytında verilən  xəbərdarlıqda etiraz aksiyalarının New York, Chikago, Philadelphia, Miami, Los Angeles, Seattle, Oakland və Portland kimi mərkəzlər başda olmaqla, ölkə daxilində müxtəlif şəhərlərdə davam etdiyi xatırladılır.
 
Xəbərdarlıqda  keçirilən mitinqlərdə bəzən cinayət və zorakılıq hadisələrinin baş verdiyi, nümayişçilər və təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların olduğu, çox sayda nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən  nəzarətə alındığı bildirilir.
 
Xüsusilə, Oregon ştatının Portland şəhərindəki etirazlarda cinayət və zorakılıq hadisələrinin çoxaldığı qeyd olunaraq: "Bu şəhərdəki mitinqlər təhlükəsizlik qüvvələri tərəfindən qiyam kimi qiymətləndirilmiş, bir nəfərin 12 noyabr şənbə günü erkən saatlarda, etiraz yürüşü zamanı silahlı hücum nəticəsində yaralandığı bildirilir. Nümayişçilərin sosial mediadakı paylaşmalarına görə, etirazların bir müddət davam etməsinin mümkünlüyü ehtimal olunur" ifadələri işlədilir.
 
 Xəbərdarlıqda  son günlər ABŞ-da ksenofobiya və irqçi xarakter daşıyan verbal və fiziki aqressiya və təcavüz hadisələrinin atrmasına da diqqət çəkilir.
 



Әlaqәli Xәbәrlәr