Türkiyə terrorla mübarizəsini davam etdirir

Türkiyə ölkə daxilində və xaricdə olan terrorçularla mübarizəsini qətiyyətlə davam etdirir.

609502
Türkiyə terrorla mübarizəsini davam etdirir

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 PKK terrorçusunu zərərsizləşdirdi.
 
 Nirva Seytu dağında aşkar edilən terror ocaqları havadan vuruldu.
 
 Əməliyyatda bir silah mövqeyi və 2 sığınacaq məhv edildi.
 
 Mardinnin Dərik qəsəbəsində icra hakimiyyəti  başcısı Məhəmməd Fateh Safitürkün şəhid olduğu bombalı hücum ilə əlaqədar 2 PKK terrorçusu silahları ilə birlikdə yaxalandı.
 
 Digər tərəfdən, Hakkarinin Kiçik Çukurca kəndindəki Uzundərə bölgəsində, Güvən dağının cənubunda iki PKK dəstəsi  aşkar edildi.
 
 Pilotsuz uçuş aparatları vasitəsilə təşkil olunan əməliyyatda 6 PKK  terrorçu zərərsizləşdirildi.
 

 Bu arada, Türkiyənin baş naziri Binəli Yıldırım şərq və cənub-şərqdə terror təşkilatı PKK tərəfindən dağıdılan 36 minə yaxın evin yenidən inşa edilərək, 1 il ərzində sahiblərinə təslim ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr