Ərdoğan Səudiyyə Ərəbistanı Kralına başsağlığı verdi

Türkiyə prezidenti Ərəbistanı Kralı Səlman Bin Əbdüləziz Əl Suuda qardaşının vəfatı münasibətilə başsağlığı verdi.

609485
Ərdoğan Səudiyyə Ərəbistanı Kralına başsağlığı verdi

Türkiyənin prezidenti  Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Səlman Bin Əbdüləziz Əl Suuda zəng edərək, ona qardaşı Əmir Türki Bin Əbdüləziz Əl Suudun vəfatı münasibətilə başsağlığı verdi.
 Əmir Türkinin vəfatı xəbərindən dərindən kədərləndiyini ifadə edən  Ərdoğan Kral Salmana və onun simasında bütün Səudiyyə Ərəbistanı xalqına baş sağlığı dilədi. 
 
 Xatırladaq ki, Səudiyyə Ərəbistanın ilk kralı Əbdüləzizin 21-ci oğlu olan Türki Bin Əbdüləziz 84 yaşında vəfat edib.



Әlaqәli Xәbәrlәr