Binəli Yıldırım:"Problemlərini həll etmiş cəmiyyət ruhu və siması olan şəhərlər yaradar"

Yıldırım Səbətçilər Qəsrində "Şəhərin Memarlarının Görüşü"  tədbirində çıxış etdi.

609491
Binəli Yıldırım:"Problemlərini həll etmiş cəmiyyət ruhu və siması olan şəhərlər yaradar"

Türkiyənin baş naziri Binəli Yıldırım əcdadların əsrlərlə bəşəriyyətə sülh və qardaşlıq tövsiyyə etdiyini, dünyanın hər bir guşəsində mədəniyyət yaydığını söylədi.
 
Yıldırım Səbətçilər Qəsrində "Şəhərin Memarlarının Görüşü"  tədbirində çıxış etdi.
 
 Baş nazir Fateh Sultan Mehmedin "Əsl mərifət xalqın qəlbini, ruhunu, mənliyini inşa edən, insana rahatlıq verən şəhərlər yaratmaqdır" sözlərinə istinad edərək: "Şəhərlər də, binalar da insanların xarakterini və ruhunu əks etdirir. Problemlərini həll etmiş cəmiyyət  estetik, ruhu və siması olan şəhərlər yaradar" dedi.
 
 Yıldırım 14 il ərzində ataların  yadigarı olan  əsərlərin bərpa işlərinin intensiv olaraq davam etdiyindən, alınan  vergilərin bir hissəsinin bu işlərə sərf olunduğundan, 5 mindən çox tarixi əsərin yenilənməsindən bəhs etdi.
 
Türkiyənin baş naziri hədəf və məqsədlərinin terroru gündəmin ən alt sıralarına endirmək olduğunu bildirərək bu istiqamətdə  böyük səylərin göstərildiyini qeyd etdi.
 
 
 Ekologiya məsələsinə də toxunan Yıldırım inkişaf etmiş ölkələrin bəzən bu məsələdən inkişaf etməkdə olan ölkələrin inkişafının qarşısını almaq məqsədilə istifadə etdiklərini vurğulayaraq: "Ölkəmizdə atom elektrik stansiyası inşa olunmalı, ən az 6 min meqavatlık nüvə gücümüz olmalıdır" dedi.



Әlaqәli Xәbәrlәr