Thorbjorn Jagland Türkiyədə görüşlər keçirdi

Avropa Şurasının Baş katibi Thorbjorn Jagland Türkiyədə görüşlər keçirdi.

608355
Thorbjorn Jagland Türkiyədə görüşlər keçirdi

Avropa Şurasının Baş katibi Thorbjorn Jagland Türkiyədə görüşlər keçirdi.

Paytaxt Ankarada ilk olaraq Ədliyyə naziri Bəkir Bozdağla görüş keçirən Jaglandı daha sonra Çankaya Köşkündə Baş nazir Binəli Yıldırım qəbul edib.

Qəbulda Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Baş nazir Jaglanda Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı çevriliş cəhdi qarşısında ilk gündən bəridir ortaqa qoyduğu mövqeyə görə təşəkkür edib.

Baş nazir bu həssas dövrdə və bundan sonra da Avropa Şurasını Türkiyənin yanında görmək istədiklərini bildirərək, mövcud əməkdaşlığı inkişaf etdirmək barədəki istəyini dilə gətirib.

Jagland da 15 iyul çevriliş cəhdi qarşısında Türkiyəyə dəstəyini bir daha dilə gətirib. O deyib ki, Türkiyə ilə Avropa Şurası arasındakı əməkdaşlığın önümüzdəki dövrdə daha da inkişaf etməsi üçün səylərimizi davam etdirəcəyik.

Daha sonra Avropa İttifaqı naziri Ömər Çəlik ilə bir araya gələn Thorbjorn Jagland Dövlət  başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib. 1 saat 20 dəqiqə davam edən qəbul mətbuata qapalı baş tutub.



Әlaqәli Xәbәrlәr