"Sincarda olan terror təşkilatı PKK-nın mövcudluğuna əsla icazə verilməyəcək",F.İşık

Milli Müdafiə naziri Fikri İşık İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl Alavini qəbulunda Sincarda olan terror təşkilatı PKK-nın mövcudluğuna əsla icazə verilməyəcəyini söyləyib.

608344

Qəbulda Türkiyənin İraqın bütövlüyünə və birliyinə hər zaman əhəmiyyət verdiyini vurğulayan nazir deyib ki, Türkiyə Mosul yaxınlığındakı Başika düşərgəsində təlim keçdiyi ünsürlər və beynəlxalq koalisiyaya təmin etdiyi dəstək İraqın DEAŞ və digər terror təşkilatlarından xilas edilməsi məqsədini daşıyır.

Mosul və ətrafdakı ərazilərdə DEAŞ-a yönəldilmiş İraq qüvvələrinin həyata keçirdiyi əməliyyatlarda əldə edilən irəliləyişdən məmnunluğunu dilə gətirən nazir İşık bildirib ki, bu əməliyyatlar zamanı xüsusilə Mosul və Təlafərə xarici ünsürlərin müdaxilə isə ilə ortaya ciddi təhlükələr çıxa bilər.  

Görüşdə terror təşkilatı PKK-nın və yaxud da əlaqəli ünsürlərin iki ölkənin də əleyhinə olan fəaliyyətlərə icazə verilməməsi məsələsi də dəyərləndirilib.

Әlaqәli Xәbәrlәr