"Almaniya, Türkiyǝdǝki terroristlǝrǝ qucaq açan ölkǝlǝrin başında gedir"

Türkiyədəki terroristlərə ǝn güçlü dǝstǝk tǝmin edǝn vǝ qucaq açan ölkǝ Almaniyadır. Bunu xarici işlǝr naziri Mevlüt Çavuşoğlu deyib.

606273
"Almaniya, Türkiyǝdǝki  terroristlǝrǝ qucaq  açan ölkǝlǝrin başında gedir"

Nazir Çavuşoğlu, paytaxt Ankarada sǝfǝrdǝ olan Bosniya vǝ Hersegovinyalı həmkarı İqor Crnadak ilə bir araya gǝldikdǝn sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında gündəmə dair suallara cavabǝn: “terror təşkilatı DHKP / C üzvlərinin Almaniyada fəaliyyətləri davam edir. Fǝtullahçi terror təşkilatı (fǝto) üzvlərinin dǝ ən çox bu ölkəyǝ sığınmaları, burada Türkiyə  ǝleyhdarlığının  güçlü  olduğunu  göz  önünǝ  sǝrir . Hǝr zaman Türkiyə əleyhdarı fikirlǝrǝ dǝstǝk verǝn Almaniyaya Türkiyǝ ilǝ nǝ mǝsǝlǝniz var deyǝ bir sual ünvanlamaq istǝyirǝm. Bu sualın cavabı aydındır. Onlar Türkiyənin inkişafını istǝmirlǝr. Almaniyadan PKK üzvü 4 min terroristi Türkiyǝyǝ ekstradisiya etmǝsini tǝlǝb etmǝmizǝ  baxmayaraq birini belǝ vermǝdi”.

Rǝqqa əməliyyatına da toxunan Xarici işlǝr naziri Çavuşoğlu, separatçı terror təşkilatı PKK-nın Suriya qruplaşması YPG-nin, bu şəhərə addım ata bilmǝyǝcǝyini, bir neçə həftə sonra başlayacaq Rǝqqa əməliyyatına dair Amerikalı səlahiyyətlilər ilə əməkdaşlığın davam etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr