John Kirby:"Türkiyə dialoqumuzu davam etdirəcəyimiz müttəfiqimiz, dostumuz və tərəfdaşımızdır"

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü John Kirby Türkiyə ilə münasibətləri gücləndirməyə və əməkdaşlığa davam edəcəklərini söylədi.

604238
John Kirby:"Türkiyə dialoqumuzu davam etdirəcəyimiz müttəfiqimiz, dostumuz və tərəfdaşımızdır"


Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü John Kirby günlük mətbuat konfransında Diyarbəkirin Bağlar qəsəbəsində terror təşkilatı PKK tərəfindənı təşkil olunan hücumu qınadı, hücumda həlak olanların ailələrinə başsağlığı verdi.
 
 Kirby Türkiyənin  NATO-nun əhəmiyyətli bir üzvü olduğunu vurğuladı və: "Türkiyə dialoqumuzu davam etdirəcəyimiz müttəfiqimiz, dostumuz və tərəfdaşımızdır. Aramızdakı münasibətləri gücləndirməyə və əməkdaşlığa davam edəcəyik" dedi.
 
 Türkiyədə 15 iyulda Fətullahçı Terror Təşkilatı tərəfindən həyata keçirilən dövlət çevrilişi cəhdinə də diqqəti çəkən Kirby bunları qeyd etdi: "Unutmamalıyıq ki, Türkiyənin paytaxtı yalnız bir neçə ay əvvəl öz əsgərləri tərəfindən bombalanıb. Əgər bu, bizim ölkəmizdə baş versəydi nə olacağını təsəvvür edirsinizmi? Sevsəniz də, sevməsəniz də demokratik şəkildə iqtidara gələn bir hökumətin buna reaksiya vermə məsuliyyəti necə olardı?" 



Әlaqәli Xәbәrlәr