İki ölkə də Tarixi İpək Yoluna fəallıq qazandırılmasını istəyir

Çin Xalq Cümhuriyəti baş nazirinin müavini Vanq Yanq Türkiyəyə səfərə gəlib.

603386
İki ölkə də Tarixi İpək Yoluna fəallıq qazandırılmasını istəyir

Çin Xalq Cümhuriyəti baş nazirinin müavini Vanq Yanq 2015-ci ildə qurulan baş nazir müavinləri səviyyəsindəki məşvərət mexanizminin ilk yığıncağında iştirak etmək məqsədi ilə Türkiyəyə səfərə gəlib.

Qonaq baş nazir müavini ilk olaraq baş nazir Binəli Yıldırımla görüşüb.

Baş nazir Yıldırım Çankaya Köşkündə saata yaxın davam edən qəbulda iki ölkə arasındakı iqtisadi və mədəniyyət əlaqələrinin inkişaf etdirilməsinə dair iradəni vurğulayıb.

Tarixi İpək Yoluna fəallıq qazandırılması barədəki düşüncələrinin üst-üstə düşdüyünü ifadə edən baş nazir həyata keçirilə biləcək ortaq layihələrə diqqət çəkib.

Baş nazir deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyulda həyata keçirdiyi çevriliş cəhdindən sonra Çinin göstərdiyi həmrəylik üçün də təşəkkür edib və Çinin FETÖ ilə əqaləsi olan şəxs və təşkilatlara qarşı atdığı addımlara görə məmnunluğunu dilə gətirib.

Çin baş nazirinin müavini Vanq da ölkəsində Türkiyə əleyhinə hər hansı fəaliyyətə icazə verməyəcəklərini və FETÖ ünsürlərinə qarşı lazım olan addımları atacaqlarını vurğulayıb.

Vanq iki ölkə arasında əməkdaşlığın daha çox inkişafı çərçivəsində iki tərəfin də istəkli olduğunu, baş nazir müavinləri səviyyəsində məşvərət məxanizmi çərçivəsində baş nazirin müavini Mehmet Şimşək ilə keçirəcəkləri yığıncağın səmərəli  olacağına inandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr