Baş nazir Yıldırım: “Diyarbǝkirdǝ törǝdilǝn terror aktında 8 nǝfǝr şǝhid olub”

Baş nazir Binali Yıldırım, Diyarbakirdǝ polis idarǝsinǝ tǝşkil edilǝn xain hücumda 2-i polis 8 nǝfǝrin şǝhid olduğunu bildirib.

603808
Baş nazir Yıldırım: “Diyarbǝkirdǝ törǝdilǝn terror aktında 8 nǝfǝr şǝhid olub”

Bu gün sǝhǝr Diyarbəkirdə separatçı terror, alçaqlığını daha bir dǝfǝ göstǝrdi deyǝn Baş nazir Binali Yıldırım, Çevik polis qüvvǝnin yerlǝşdiyi binanın yaxınında bomba ilǝ tǝchiz edilmiş avtomobilin partladıldığını, hadisǝdǝ yaralanan 100 nǝfǝrdǝn 93-nün ayaqda müalicǝ olunduğunu,7-nin müalicəsinin davam etdiyini, bir quldurun isǝ zǝrǝrsizlǝşdirildiyini bildirib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan da, xain terror aktından sonra Diyarbǝkir valisi Hüseyn Aksoya telefonr edǝrǝk mǝlumat alıb.

Baş nazir müavini Numan Kurtulmuş da Twitter hesabından verdiyi açıqlamada hücumu lǝnǝtlǝdiyini ifadǝ edǝrǝk: “Terrora təslim olmayacağıq. terror təşkilatları vǝ bunlara dal duran hǝr kǝs bunun cǝzasını cǝkǝcǝk.

Diyarbǝkir valiliyinin mǝlumatına görǝ bir tondan çox partlayıcı istifadǝ edildiyi hücuma görǝ mǝsuliyyǝti separatçı terror təşkilatı PKK üzǝrinǝ götürüb.



Әlaqәli Xәbәrlәr