‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә 36 terrorçu mәhv edildi

Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, әmәliyyat çәrçivәsindә terror tәşkilatı  DEAŞ-a aid 100, PKK-ın davamı PYD-yә aid  4 sığınacaq vә   müdafiә movqeyi  mәhv edildi.

602870
‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә 36 terrorçu mәhv edildi

Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün avqustun 24-dә Türkiyәnin liderliyilә başlanılan ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının 72-ci günündә baş verәn qarşıdurmalarda  müxalifәt qüvvәlәrinin 11  hәrbçisi  yaralandı, DEAŞ üvü 36 terrorçu mәhv edildi.

Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, әmәliyyat çәrçivәsindә terror tәşkilatı  DEAŞ-a aid 100, PKK-ın davamı PYD-yә aid  4 sığınacaq vә   müdafiә movqeyi  mәhv edildi.

Separatçı terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn  әmәliyyatlar isә davam edir.

Hakkarinin Çukurca qәsәbәsindә silahlı pilotsuz uçuş aparatı ilә hәyata keçirilәn әmәliyyat nәticәsindә 2 terrorçu zәrәrsizlәşdirildi.



Әlaqәli Xәbәrlәr