Türkiyə Livanın yeni prezidenti Mişel Aunu təbrik etdi

Türkiyə Livanın sabitlik və təhlükəsizliyini dəstəkləməkdə davam edəcəkdir.

600785
Türkiyə Livanın yeni prezidenti Mişel Aunu təbrik etdi

Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında bildirilib ki, Livanda iki il yarımdır boş olan prezidentlik postuna parlament tərəfindən seçilmiş Mişel Aunun təyin olmasını məmnunluqla qarşılayırıq. Yeni prezident Aunu təbrik edir, ona vəzifəsində uğurlar diləyirik.

Açıqlamada vurğulanıb ki, Livanın siyasi həyatında bütün tərəflərin ölkə xalqının mənfəətləri istiqamətində və qanunlar çərçivəsində razılıq əldə edərək siyasi böhranı həll etmələri əhəmiyyət kəsb edir. Atılan bu addımın bölgənin sülh və sabitliyi baxımından müsbət təsirinin olmasına ümid edirik.

Xarici İşlər Nazirliyinin açıqlamasında o da qeyd olunub ki, Livanda prezidentin seçilməsindən sonra yaxın zamanda yeni hökumətin də formalaşmasını və Livan xalqının gözləntiləri çərçivəsində tamamilə fəal hala gəlməsini diləyirik. Türkiyə Livanın sabitlik və təhlükəsizliyini dəstəkləməkdə davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr