Ölkə daxilində və xaricində təhlükəsizlik tədbirləri görülməkdə davam edəcək”, N.Kurtulmuş

Nazirlər Kabineti Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində  oktyabrın 31-də yığıncaq keçirdi.

600814
Ölkə daxilində və xaricində təhlükəsizlik tədbirləri görülməkdə davam edəcək”, N.Kurtulmuş

Nazirlər Kabineti Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində  oktyabrın 31-də yığıncaq keçirdi.

Baş nazirin müavini Numan Kurtulmuş yığıncaq haqqında açıqlama verərək bildirib ki, daxildə və xaricdə Türkiyəni maraqlandıran bütün təhlükəsizlik tədbirlərini fəal şəkildə tətbiq etməkdə davam edəcəyik. Terrorla mübarizə mövzusunda il ərzində 296 çox önəmli terror aktının qarşısı alınmışdır. 10 min xüsusi təlim keçmiş yeni polis əməkdaşı vəzifəyə cəlb ediləcəkdir.

Numan Kurtulmuş “Fərat qalqanı” əməliyyatı barədə isə deyib ki, Türkiyə əlaqəli bütün ölkələrlə diplomatiya sahəsində görüşlər keçirir. Münbiçin PYD terror təşkilatından təmizlənməsi barədə Azad Suriya Ordusuna (ASO) lazım olan dəstək veriləcəkdir.

Numan Kurtulmuş Mosul əməliyyatının da planlaşdırıldığı kimi davam etdiyini, bu mövzuda Türkiyənin həssaslıqlarının məlum olduğunu bildirib.

Baş nazirin müavini Kurtulmuş Rakka əməliyyatı barədə isə deyib ki, bu barədə Türkiyənin düşüncəsi dəqiqdir. Mosul və “Fərat qalxanı” əməliyyatları başa çatdırıldıqdan sonra  bu əməliyyatın həyata keçirilməsi daha uyğun olacaqdır.

Numan Kurtulmuş Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) quldurbaşı Gülənin geri qaytarılması barədə isə bildirib ki, Ədliyyə naziri Bəkir Bozdağın ABŞ-na səfəri aradakı əlaqələri daha da açıq-aşkar ortaya qoydu, geri qaytarılma və yaxud da müvəqqəti saxlanılma prosesinə sürət qazandırdığını ifadə edə bilərəm.



Әlaqәli Xәbәrlәr