15 iyul şəhid və qazilərinin xatirəsinə sikkələr kəsildi

Xatirə sikkələri ilk olaraq Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma təqdim edildi.

600975
15 iyul şəhid və qazilərinin xatirəsinə sikkələr kəsildi
15 temmuz hatıra para.jpg

Türkiyədə 15 iyul şəhid və qazilərinin xatirəsinə sikkələr kəsildi.
 
 Xatirə sikkələri ilk olaraq prezident Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma təqdim edildi.
 
 Sikkənin üz tərəfində ulduzlardan ibarət qüllə və qüllənin başında Türk bayrağı, arxa üzündə isə dalğalanan böyük Türk bayrağı təsvir olunub.
 
 2 fərqli ölçüdə olan xatirə sikkələrinin üzərində "15 iyul şəhidləri və qazilərinin xatirəsinə" ifadəsi yazılıb.
 
 Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı dövlət çevrilişi cəhdi zamanı xalq tankların qarşısına çıxmış, hərbi  təyyarələrdən atılan bombalara hədəf olmuşdu.
 
Çevrilişə qarşı bədənindən sipər çəkən 246 qəhrəman vətən övladı şəhid olmuş, 2 mindən çoxu da yaralanmışdı.



Әlaqәli Xәbәrlәr