Builki ünvanlar: Türkiyənin keçmiş və indiki Məclisləri

Türkiyə Respublikasının 93-cü ildönümü mərasimləri ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə rəsmi heyətin Anitkabirə çələng qoymasıyla başlayıb.

599394
Builki ünvanlar: Türkiyənin keçmiş və indiki Məclisləri
cumhuriyet bayramı program1.jpg

  Ərdoğan Anıtkabir xatirə dəftərinə yazıb: "Azadlığı və gələcəyini əsla əldən verməyəcəyini 93 il əvvəl bütün dünyaya elan edən millətimiz eyni iradəsini bu gün də davam etdirir. 15 iyul çevriliş cəhdinə qarşı ölkəmizin dörd bir yanında göstərilən qəhrəmancasına müqavimət 93 il əvvəl Qurtuluş Savaşımızı zəfərə daşıyan iradə və ortaq imanı təcəssüm etdirdi".

  29 Oktyabr Respublika Bayramı mərasimlərinin Anıtkabirdən sonra builki ünvanı Atatürk Mədəniyyət Mərkəzi deyil, respublikanın təməllərinin atıldığı, inkişaf etdirildiyi, milli iradənin təmsil olunduğu ilk Türkiyə Böyük Millət Məclisi və indiki Məclis binası olacaq. Paradlar da köhnə və indiki Məclislər qarşısında keçiriləcək.

  Axşam isə R.T.Ərdoğan 29 Oktyabr Respublika Bayramı münasibətilə Cumhurbaşkanılığı İqamətgahında mərasim təşkil edəcək.



Әlaqәli Xәbәrlәr