“İraq Kürd Regional Rəhbərliyinə dəstək üçün oradayıq”, M.Eker

İraqda 60 ölkənin əsgərinin olduğunu bildirən Mehdi Eker onu da qeyd edib ki, “Türkiyə Başika düşərgəsini özbaşına deyil, İraq hökuməti və Regional Kürd Rəhbərliyinin razılığıyla qurub”.

597046
“İraq Kürd Regional Rəhbərliyinə dəstək üçün oradayıq”, M.Eker

  Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Mehdi Eker Türkiyənin mövcud sərhədlərindən məmnun olduğunu və qonşu ölkələrin də ərazi bütövlüyünə hörmət etdiyini söyləyib.

  Mehdi Eker qeyri-hökumət təşkilatları, ideoloji qurumlar, siyasi partiya və hökumət nümayəndələri görüşmək üçün getdiyi Londonda İngiltərə dövlət televiziyası BBC-də “Newsnight” proqramına qonaq olub.

  "Türkiyə bugünkü sərhədlərini sabit qəbul edirmi?" sualına Eker belə cavab verib: "Biz sərhədlərimizdən məmnunuq. Qonşu ölkələrin də ərazi bütövlüyünə böyük hörmətimiz var. Biz bölgədə - Suriya və İraqda DAEŞ-lə mübarizə üçün varıq, ərazi iddiamız yoxdur."

  Rəcəb Tayyib Ərdoğanın Lozanna müqaviləsinə münasibətiylə bağlı sualla bağlı isə Mehdi Eker: “Ərdoğan Lozanna müqaviləsinə deyil, imzalandığı dövrün tarixi şərtlərinə istinad edir”, - cümləsini işlədib.

  "Bu gün qarşı-qarşıya olduğumuz real problem terrordur – DAEŞ-dır, PKK-dır, FETÖ-dür. Biz bütün bunlara qarşı mübarizə aparırıq. Bu gün Türkiyə ordusu DAEŞ-ə qarşı mübarizə aparan koalisiyanın bir hissəsi olmağa hazırdır", - deyən AK Partiya sədrinin müavini İraqın Başika bölgəsiylə bağlı suala bu cavabı verib: “Türkiyə bölgəyə İraq Kürd Regional Rəhbərliyini dəstəkləmək üçün gedib. Türkiyə DAEŞ-ə qarşı döyüşən Peşmerge qüvvələrinə təlim vermək üçün bölgədədir. İndiyə qədər 3500 nəfərə hərbi təlim keçilib. Bu, həm də bizim öz milli təhlükəsizliyimizlə bağlı məsələdir."

  İraqda 60 ölkənin əsgərinin olduğunu bildirən Mehdi Eker onu da qeyd edib ki, “Türkiyə Başika düşərgəsini özbaşına deyil, İraq hökuməti və Regional Kürd Rəhbərliyinin razılığıyla qurub”.



Әlaqәli Xәbәrlәr