Balkan ölkǝlǝrindǝn 23 jurnalist TRT olub

7 Balkan ölkəsindən 23 jurnalist, Fǝtullahçi Terror Təşkilatının 15 iyul çevriliş cəhdi zamanı xainlǝrin hücumuna mǝruz qalan TRT-ni ziyarǝt edib vǝ tǝǝssüratlarını sǝslǝndiriblǝr.

597519
Balkan ölkǝlǝrindǝn 23 jurnalist TRT olub

Heyǝt tǝrkibindǝ iştirak edǝn Kosovalı mətbuat mənsubu Mamer Fusha TRT-də yaşananların o gecənin ən əhəmiyyətli anlarından olduğunu, xalqın TRT-yǝ axışaraq göstǝrdiyi müqavimǝtin çevriliş cəhdinin uğursuzluqla nǝticǝlǝnmǝsinǝ töhvǝ verǝn addımlardan olduğunu qeyd edib.

Heyət ziyarǝti zamanı xain çevrilişçilǝrin sözdǝ bəyanatlarının oxunduğu 15 İyul Millət Stüdyosunu da gǝzib.

Serbiyalı Jurnalist Vladimir Filipovic dǝ TRT-ni ziyarəti zamanı, Fǝtullahçi Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (fǝto / PDY) ilə əlaqədar aldıqları məlumatlar sayǝsindǝ fǝto haqqında həqiqətləri öyrəndiklərini bildirib.

Qazi və şəhid ailǝlǝriylǝ dǝ görüşǝn heyǝt, onların 15 İyul ilǝ ǝlaqǝli tǝǝssüratlarını dinlǝyib.

Albaniyalı jurnalist Juliana Prıftı; Çevriliş cǝhdinǝ dair xǝbǝrlǝri ancaq xarici mǝtbuat orqanlarından aldıqları üçün yaşananlar haqqında konkret mǝlumatlarının olmadığını, Fǝto terrorunun yaratdığı tǝxribatın nǝ qǝdǝr  ağır olduğunu Türkiyǝni ziyarǝtlǝriylǝ idrak etdiklǝrini vurğulayıb.

Bosniyalı jurnalist Elmina Muhic də; Türkiyǝni ziyarǝt edǝrǝk, Türk xalqının çevriliş cǝhdi qarşısında nǝ qǝdǝr böyük qǝhrǝmanlıq sǝrgilǝdiyinǝ şahid olduqlarını bildirib.

 



Әlaqәli Xәbәrlәr