BMT-nin 71-ci ildönümü Ankarada da qeyd olundu

Tədbiri açılış nitqiylə açan Malhotra Birləşmiş Millətlər Təşkilatının qurulduğu 1945-ci ildən bu yana təhlükəsizlik, insan hüqqları və iqtisadi inkişaf çərçivəsində bütün ölkələrin birliyini, sülh və təhlükəsizliyini qorumağa çalışdıqlarını söyləyib.

596256
BMT-nin 71-ci ildönümü Ankarada da qeyd olundu

  BMT-nin Türkiyə üzrə daimi nümayəndəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı üzrə Türkiyə koordinatoru Kamal Malhotranın ev sahibliyi ilə təşkil edilən tədbirdə Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldız, diplomatik missiya nümayəndələri və xarici qonaqlar iştirak edib.

  Tədbiri açılış nitqiylə açan Malhotra Birləşmiş Millətlər Təşkilatının qurulduğu 1945-ci ildən bu yana təhlükəsizlik, insan hüqqları və iqtisadi inkişaf çərçivəsində bütün ölkələrin birliyini, sülh və təhlükəsizliyini qorumağa çalışdıqlarını söyləyib.

  Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldız da öz növbəsində BMT-nin Suriya böhranının həllində əhəmiyyətli rol oynadığını vurğulayıb, eyni zamanda, BMT Təhlükəsizlik Şurası üzvü olan ölkələrini bu mövzuda daha həssas olmağa çağırıb.



Әlaqәli Xәbәrlәr