B.Yıldırım: ‘‘Türkiyə İraq və Suriyadakı proseslərə biganə qalmayacaq’’

Türkiyәnin  Baş naziri Binәli Yıldırım  Türkiyənin İraq və Suriyadakı proseslərə biganə qalmayacağını söylədi.

595040
B.Yıldırım: ‘‘Türkiyə  İraq və Suriyadakı proseslərə biganə qalmayacaq’’

B.Yıldırım Әdalәt vә İnkişaf partiyasının  25-ci  Məşvərət və Qiymətləndirmə  toplantısının keçirildiyi Afyonkarahisarda   ‘‘A Haber’’, ‘‘CNN Türk’’, ‘‘Habertürk’’, ‘‘Kanal 24’’, ‘‘NTV’’, ‘‘TRT Haber’’-in birgә  canlı yayım proqramına qatılaraq gündәmә dair bәyanatlar verdi vә  sualları cavablandırdı.

 Mosuldakı son vəziyyətə toxunan B.Yıldırım  bölgәnin DEAŞ-dan tәmizlәnmәsi üçün әmәliyyatların davam etdiyini qeyd etdi.

Binәli Yıldırım: ‘‘Mosul әmәliyyatından sonra demoqrafik strukturun dәyişdirilәcәyi vә Mosulda yaşayan iki milyona yaxın insanın  qaçqın vәziyyәtinә düşüb  Türkiyәyә  gәlәcәyi istiqamәtindә narahatlıqlarımız var’’ deyә  vurğuladı.   

B.Yıldırım: ‘‘İraqda olanlar Türkiyəni maraqlandırır, çünki İraqla bizim 350 kilometrlik sərhədimiz var.  İraq torpaqlarından gələn separatçı terror təşkilatı bizim başımızı ağrıdır. Bu səbəblə İraq hər şeydən əvvəl, orada yaşayan və Türkiyənin başına bəla olan bu terror təşkilatlarının qarşısını almalıdır.’’ deyә bildirdi.

Suriyada ‘‘Fərat Qalxanı’’ әmәliyyatının uğurla davam etdiyini  qeyd edәn baş nazir  Əl-Babın terrorçulardan tәmizlәnmәyә davam etdiyini  vurğuladı.



Әlaqәli Xәbәrlәr