Numan Kurtulmuş:"Türkiyə Mosulun qan çanağına dönməsinə razılıq verməyəcək"

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Mosulda əsrlərcə yaşayan Türkmənlər, ərəblər, yezdilər, kürdlər və başqalarının qiyamətə qədər birlikdə yaşamağa davam edəcəyini bildirdi.

593918
Numan Kurtulmuş:"Türkiyə Mosulun qan çanağına dönməsinə razılıq verməyəcək"

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin İraqın Mosul şəhərinin qan çanağına dönməsinə razılıq verməyəcəyini dedi.
Kutulmuş Burdurun Gölhisar qəsəbəsindəki kütləvi açılış mərasimində çıxış edərək: "Mosul bizim Misak-i Milli sərhədlərimizin daxilində olan bir yerdir. Heç kim yanlış anlamasın. Heç kimin bir qarış torpağında gözümüz yoxdur, lakin Mosulun qan çanağına dönməsinə razılıq vermərik. Mosulda əsrlərcə yaşayan Türkmənlər, ərəblər, yezdilər, kürdlər və başqaları var. Bunlar qiyamətə qədər birlikdə yaşamağa davam edəcək. İndi "Mosulu DEAŞ-dan təmizləyirik" deyərək  Haşdi Şabiyi, və ya  PKK/PYDYİ-ni gətirməyin. Bölgə xalqı necə istəyirsə elə yaşasın" deyə danışdı.
 
 Əməliyyatların Türkiyənin müəyyən etdiyi sərhədlər çərçivəsində davam etdiyini bildirən Kurtulmuş, Türkiyəyə  heç bir zərər gəlməyəcəyini söylədi.
 
 İraqdakı Türk əsgərinin mövcudluğuna da toxunan Numan Kurtulmuş:" Biz oraya söz olsun deyə getmədik. İraq Mərkəzi Hökumətinin, Şimali İraq rəhbərliyinin və Mosul xalqının dəvəti ilə getdik. Orada yerli xalqı maarifləndirən 3 min əsgər indi Peşmərgə ilə bərabər DEAŞ-a qarşı mübarizə edir.  "Başikada Türkiyənin nə işi var?" sualını versələr, biz də:"10 min kilometr uzaqlardan gələnlərin İraq və Suriyada nə işi var? Hansı tarixi tərəfdaşlığınız var? " deyə soruşarıq" dedi.
 
 Türkiyənin bu sınaqdan da uğurla çıxacağını qeyd edən Kurtulmuş, Türkiyənin  Münbiçi PYD-dən təmizləyərək Suriyada mühüm bir addım atdığı kimi, Mosulda da, Mosul xalqının olmasını təmin edəcək qətiyyətini davam etdirəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr