PKK-ya qarşı mübarizә әzmlә davam edir

Türkiyә Hәrbi Hava Qüvvәlәrinә aid tәyyarәlәr İraqın şimalında və Hakkarinin Çukurca qәsәbәsindә  separatçı terror təşkilatı PKK-nın mövqelәrinә zәrbәlәr endirdi.

593049
PKK-ya qarşı mübarizә әzmlә davam edir

Türkiyә Hәrbi Hava Qüvvәlәrinә aid tәyyarәlәr İraqın şimalında və Hakkarinin Çukurca qәsәbәsindә  separatçı terror təşkilatı PKK-nın mövqelәrinә zәrbәlәr endirdi.

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәragahından verilәn mәlumata görә, dünәn Avaşın-Basyan  bölgәsinә hava hәrәkatı tәşkil olundu.

 Türkiyә Hәrbi Hava Qüvvәlәrinә aid tәyyarәlәr dünәn  16.45-16.55 saatlarında bölgәdә tәsbit edilәn terror tәşkilatına aid mövqelәri  mәhv etdi.

 Axşam saatlarında isә Hakkarinin Çukurca qәsәbәsindә hәyata keçirilәn әmәliyyatda terror tәşkilatına aid hәdәflәr mәhv edildi.

 Türkiyә Hәrbi  Hava Qüvvələri Komandanlığına aid döyüş  təyyarələrinin  19.56-20.21 saatlarında hәyata keçirdiyi  hava hərəkatı nәticәsindә   terror tәşkilatının  silah-sursat ambarları vә sığınacaqları mәhv edildi.

 



Әlaqәli Xәbәrlәr