İbrahim Kalın ”Daily Sabah”da "DEAŞ, Dabık və Qiyamət İdeologiyasının Səfehlikləri"ndən yazdı

Türkiyə Prezident  Aparatının baş katibinin müavini və sözçüsü İbrahim Kalın "Dabıkın itirilməsi, DEAŞ-ın  azğın ideologiyasına böyük bir zərbədir. Çünki DEAŞ Dabıkın qiyamət günü döyüşünün keçəcəyi yer olduğuna inanır" yazdı.

592737
İbrahim Kalın ”Daily Sabah”da "DEAŞ, Dabık və Qiyamət İdeologiyasının Səfehlikləri"ndən yazdı

Türkiyə Prezident Aparatının baş katibinin müavini və sözçüsü İbrahim Kalın”Daily Sabah” qəzeti üçün qələmə aldığı "DEAŞ, Dabık və Qiyamət İdeologiyasının Səfehlikləri" başlıqlı məqaləsində Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Azad Suriya Ordusunun oktyabrın 16-da Dabık qəsəbəsini DEAŞ-dan geri alaraq  avqustun 24-də başlayan “Fərat Qalxanı” əməliyyatı çərçivəsində DEAŞ-a bir zərbə endirdiyini xatırlatdı.

  DEAŞ-ın iki aydan az müddətdə Suriya-Türkiyə sərhədi bölgəsindəki əhəmiyyətli əraziləri itirdiyini bildirən Kalın, eyni zamanda, DEAŞ-ın Dabık ilə bağlı qiyamət hekayəsi üzərində qurulmuş azğın ideologiyasının ən mühüm ünsürlərindən biri olan legitimlik məsələsində getdikcə artan bir problemlə üzləşdiyinə işarə etdi.

  Kalın Türkiyənin sərhədlərini terrorçulardan təmizləmək üçün “Fərat Qalxanı” əməliyyatına başladığını xatırladaraq, məqaləsinə belə davam etdi:"Əməliyyatın başlanğıcından etibarən Cerablusun da aralarında olduğu həlledici əhəmiyyətə malik şəhərlər, Dəclə və Fərat çayları arasında, Suriya-Türkiyə sərhədi bölgəsində DEAŞ-ın işğalı altındakı çoxsaylı kənd və qəsəbə azad edildi. Azad Suriya Ordusu verdiyi itkilərə baxmayaraq, DEAŞ-ın nəzarətindəki bölgələrə və terrorçu qrupun Suriyadakı iki qalası olan Əl-Bab və Rakkaya doğru ara vermədən irəliləyir. “Fərat Qalxanı” əməliyyatının Suriyada DEAŞ-a qarşı təsirli bir hərəkat olduğu sübut edildi:

  • Əməliyyat nəticəsində bölgələr terrordan təmizləndi;
  •  Azad Suriya Ordusunun döyüş ruhu yüksəldi;
  • Mötədil qruplar Azad Suriya Ordusuna qatılmaları üçün təşviq edildi;
  •  Minlərlə suriyalının evlərinə qayıtmalarına imkan yarandı;
  •  Ən asası, PKK-nın Suriyadakı terrorçu qolları olan Demokratik Birlik Partiyası (PYD) və Xalq Müdafiə Birliklərinin (YPG) regionda DEAŞ-a qarşı yeganə təsirli güc olduğu barədə əfsanə puç oldu.

Kalın bir tərəfdən İraqın 2003-ci ildə işğal edilməsi, digər tərəfdən Maliki hökumətinin 2010-2013-cü illərdəki məzhəbçi siyasəti nəticəsində yaradılan və sonda İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən DEAŞ-ın necə yarandığının xatırlanmasının kafi olacağını ifadə etdi.

  Düşmən bir hökumət və ona tabe  olan azğın milis dəstələri tərəfindən rədd edilən, alçaldılan və təzyiqlərə məruz qalan sünni tayfaların və Mosul xalqının 2014-ci ildə 65 min nəfərlik güclü İraq ordusu bir güllə atmadan şəhərdən çıxarkən DEAŞ-ın şəhərlərinə girməsinə seyrçi qaldığını bildirən Kalın: "Bu, DEAŞ-ı etibarlı bir istehkamla təmin etməklə yanaşı, sünni-şiə əlaqələrini daha da zəhərlədi. İndi də yeni başlayan Mosul əməliyyatı ilə əlaqədar bənzər narahatlıqlar var" dedi.

Kalın Türkiyənin sərhədlərini bütün terrorçu ünsürlərdən təmizləyənə, vətəndaşlarının və Suriya sərhədindəki suriyalıların təhlükəsizliyini təmin edənə qədər “Fərat Qalxan”ı əməliyyatını davam etdirməyə qərarlı olduğunu vurğulayaraq, həyatın normal axarına döndüyü Cerablus-Azez xəttində Suriya xalqının, ən azından bu bölgədəkilərin özlərini təhlükəsizlikdə hiss etdiklərini qeyd etdi. Kalın bunun geosiyasi güc uğrunda mübarizədə  bəşəriyyətin Suriya xalqını üzü üstə buraxdığı bir zamanda bir ümid işığı olduğuna işarə etdi.

Dabıkın itirilməsini "DEAŞ üçün hərbi bir məğlubiyyət" sözləri ilə səciyyələndirən Kalın :"Daha əhəmiyyətli olan isə, bunun DEAŞ-ın azğın ideologiyasına böyük bir zərbə endirməsidir. Çünki DEAŞ Dabıkın qiyamət günü savaşının, xristian esxatologiyasında yaxşılarla pislər arasında son müharibənin olacağı yer olduğuna inanır" yazdı.

  Bu tip mətbu orqanların ötəri bir baxışın həm narahatlıq doğurucu şeyləri, həm də mənzərəni aydınlaşdırdığını bildirən Kalın, məqaləsində bu ifadələri işlətdi: "Dabık jurnalı İslami anlayışları dəhşətli şəkildə təhrif edir və əsgər yığma və özünü öymə məqsədilə sadəlövh təbliğat aparır. Jurnal terror təşkilatının ehtiraslı və ağılsız legitimlik axtarışlarını əks etdirir. İlk dəfə 2014-cü ilin iyulunda dərc olunan və 15-ci sayını çap edən jurnal tövhid, metod, hicrət, cihad və camaatdan yola çıxdığını iddia edir. Professional yolla xəlifə iddialarını qanuniləşdirmək istəyirlər və müsəlmanları buraya köçməyə çağırırlar. Ucuz təbliğat taktikalarından və hücumlardan istifadə edirlər və azğın ideologiyalarına etibar etməyən yəhudilərə, xristianlara, şiə müsəlmanlara və “Müsəlman qardaşları”na və nəhayət, bütün müsəlmanlara hücum edirlər

Dini fətva kimi də səciyyələndirilə bilinən məktubun DEAŞ-ın ideologiyasını və dini legitimlik iddialarının yanlışlığını maddə-maddə sübut etdiyini bildirən Kalın:" Məktub, DEAŞ-ın dini anlayışları təhrif edərək müasir dövrün şeytani cərəyanlarına bənzər dağıdıcı bir ideologiya inşa etdiyini ortaya qoyur. Keçən il Diyanət İşləri İdarəsi “Dini təhrif və terror hərəkatı olan DEAŞ” başlıqlı 40 səhifəlik bir yazı dərc etmişdi. DEAŞ ideologiyasının legitimliyini yoxetmə səyləri, həm İslam dünyasında, həm də Qərbdə yaşayan müsəlman liderlər tərəfindən davam etdirilməlidir. Müsəlmanlar təhrif və tənəzzül hədəfli dünyəvi məqsədlər güdən bir qrup barbarın dinlərini və zəngin mədəniyyətini qəsb etməsinə yol verməməlidirlər. Qərb ölkələri DEAŞ-ın nə olduğunu görməli və islamofobiya və İslam əleyhdarlığını alovlandırmağı dayandırmalıdır" yazdı.



Әlaqәli Xәbәrlәr