Ərzurum və Qarsda mövsümün ilk qarı yağdı

Türkiyənin Ərzurum və Qars bölgələrində havanın temperaturu sıfırın altına düşdü, qar yağmağa başladı.

591686
Ərzurum və Qarsda mövsümün ilk qarı yağdı


  Ərzurumda yüksəkliklərdə yağan qar yollarda sürücülərin işini çətinləşdirdi.
 Ərzurum-Tortum magistral yolunun yüksək hissələrində yağan qarın Güzelyayla Aşırımındakı qalınlığı 10 santimetrə çatdı.
 
 Mərkəzə bağlı Karagöbek məhəlləsi ilk qarı yağdıqdan sonra ağappaq oldu, yol kənarlarındakı ağaclar da qarla örtüldü.
 
 Qarsda da hava temperaturlarının mənfi 1 dərəcəyə düşməsi ilə mövsümün ilk qarı yağdı.
 
Soyuq hava və qar bu bölgəlrədə həyatı bir qədər çətinləşdirdi.


Etiketlәr: #qar , #soyuq hava , #Ərzurum , #Qars

Әlaqәli Xәbәrlәr