Mosul Türkiyə Nazirlər Kabinetinin gündəmində

Nazirlər Kabinetinin toplantısından sonra məlumat verən Baş nazir müavini Numan Kurtulmuş dedi: "Mosul əməliyyatını bir məzhəb qarşıdurması halına gətirməkdən qaçmaq lazımdır. Biz bu xəbərdarlığı etmək məcburiyyətindəyik."

591839
Mosul Türkiyə Nazirlər Kabinetinin gündəmində

  Aylardır gözlənilən Mosul əməliyyatında düymə basıldı. Türkiyə əməliyyat öncəsi bir sıra xəbərdarlığını təkrar etdi, ola biləcək məzhəb qarşıdurmalarına diqqət çəkdi. Mövzu dünən (17.10.2016) Türkiyə Nazirlər Kabinetinin gündəmində idi.

  Nazirlər Kabinetinin toplantısından sonra məlumat verən Baş nazir müavini Numan Kurtulmuş dedi: "Mosul əməliyyatını bir məzhəb qarşıdurması halına gətirməkdən qaçmaq lazımdır. Biz bu xəbərdarlığı etmək məcburiyyətindəyik. Bölgədəki məsələ şiəlik, sünnilik məsələsi deyil. Mosul əməliyyatını məzhəblərarası gərginliyə çıxarmaq olmaz.”
  Kurtulmuş, eyni zamanda, bölgədəki PYD-YPG varlığına diqqəti çəkdi, Türkiyənin Mosul planlarını açıqladı, Hələbdə atəşkəsin vacibliyindən, humanitar yardımların ehtiyac sahiblərinə çatdırılması problemindən danışdı və terrorçulara qarşı beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxundu.
 



Әlaqәli Xәbәrlәr