Fərat Qalxanı Hərəkatında strateji mövqelər ələ keçirildi

Terror təşkilatı DAEŞ-in əsas mərkəz olaraq istifadə etdiyi Dabıkın ələ keçirilməsi ilə Əl-Baba gedən yol da, demək olar ki, açılıb.

590987
Fərat Qalxanı Hərəkatında strateji mövqelər ələ keçirildi

  Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Fərat Qalxanı Hərəkatında strateji mövqelər ələ keçirilib. Hərəkatın 54-cü günündə müxalifətin Azad Suriya Ordusu Dabi, Soran, Havarnehir və İhtimlak kəndlərində nəzarəti təmin edib. Terror təşkilatı DAEŞ-in əsas mərkəz olaraq istifadə etdiyi Dâbıkın ələ keçirilməsi ilə Əl-Baba gedən yol da, demək olar ki, açılıb.
  Müxalifətin Azad Suriya Ordusu bir tərəfdən ələ keçirilən bölgələrdə terror təşkilatı DAEŞ-in qoyduğu tələ mina və partlayıcıları təmizləmə işlərinə davam edir, digər tərəfdən də irəliləyərək DAEŞ hədəflərini məhv edir. Təsbit edilən 84 DAEŞ hədəfi isə Türkiyə Silahlı Qüvvələri və koalisiya qüvvələri tərəfindən vurulub.
 



Әlaqәli Xәbәrlәr