“Bəli, edamı müdafiə edirəm”, R.T.Ərdoğan

Türkiyə dövlət başçısının gündəmində FETÖ ilə mübarizə məsələsi də var idi ki, bu barədə ölkə xaricində də yeni tədbirlər görüləcəyini söylədi.

589982
“Bəli, edamı müdafiə edirəm”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Mosul əməliyyatında masada Türkiyəni görmək istəməyənlərin hiyləgər planlar qurduqlarını söylədi.

  Konyada qeyri-hökumət təşkilatları nümayəndələrilə görüşən Ərdoğan Bağdad rəhbərliyinin tələbilə DAEŞ-lə mübarizə və yerli qüvvələrə hərbi təlim verilməsi üçün İraqın Başika bölgəsində olan Türkiyə əsgərləri mövzusuna toxundu. Amma son zamanlar Türkiyənin bölgədəki varlığından narahatlıq duyan bəzi iraqlı səlahiyyətlilər üçün Ərdoğan bunarı dedi: "Türkiyə istədiyin zaman gələn, “çıx” dediyin zaman çıxan bir ölkə deyil. Mosullu qardaşlarımız bir neçə ay əvvələ qədər ümidsiz qalmışdılar, amma Türkiyənin Suriyanın Cerablus qəsəbəsinin DAEŞ-dən təmizlənməsindən sonra “Bizim ümidimiz artdı, artıq inamımızı Türkiyəyə bağlamışıq”, - deyirlər. Biz də koalisiya qüvvələri və Türkiyənin ortaq qərarıyla Mosul əməliyyatını həyata keçirməyə hazırlaşırıq.  

  Ərdoğan İslam dünyasında məzhəb ayrılığı salmaq istəyənlər və vətəndaş müharibəsi törədənlərə qarşı da danışdı.

  Türkiyə dövlət başçısının gündəmində FETÖ ilə mübarizə məsələsi də var idi ki, bu barədə ölkə xaricində də yeni tədbirlər görüləcəyini söylədi.

  Edam cəzasına gəlincə Ərdoğan yenə israrlı şəkildə: “Bəli, edamı müdafiə edirəm. Sənəd qarşıma gəlincə onu o saat təsdiqləyəcəyəm”, - dedi.



Әlaqәli Xәbәrlәr