Türkiyədə təhlükəsizlik toplantısı keçirildi

Beştəpədə keçirilən toplantı 3 saat yarım davam etdi.

589256
Türkiyədə təhlükəsizlik toplantısı keçirildi

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində təhlükəsizlik toplantısı keçirildi.
 
 Beştəpədə keçirilən toplantı 3 saat yarım davam etdi.
 
 Toplantıda baş nazir  Binali Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeneral Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Fikri İşıq və başqaları iştirak etdilər.
 
Toplantıda  separatçı terror təşkilatı PKK-ya  qarşı başlanılan əməliyyat müzakirə olundu.
 
 İraqın Mosul şəhərində cərəyan edən hadisələr də toplantının gündəmində idi.
 
Mosulun terror təşkilatı DEAŞ-dan təmizlənməsi istiqamətində aparılacaq mümkün əməliyyat müzakirə olundu.
 
 Türkiyə Silahlı Qüvvələrinin DEAŞ başda olmaqla, terror təşkilatlarının yaratdığı təhdidi dəf edərək Türkiyənin Suriya sərhədlərinin təhlükəsizliyini artırmaq və Koalisiya Qüvvələrinə dəstək vermək məqsədilə 24 avqust 2016-cı il  tarixində başlatdığı "Fərat Qalxanı" əməlyyyatı da toplantıda müzakirə olunan məslələr sırasında idi.
 
 Toplantıda  Fətulahçı Terror Təşkilatı ilə mübarizə istiqamətində davam edən istintaqlarların gedişatı barəsində də fikir mübadiləsi oldu.
 
 



Әlaqәli Xәbәrlәr