Rusiya Federasiyasından 12 jurnalist Türkiyəyə gəldi

Onlar ilk olaraq qiyamçıların hədəfində olan TRT-yə baş çəkdilər. Sonra rusiyalı jurnalistlər 15 İyul qaziləri ilə görüşüb həqiqətləri dinlədilər.

589499
Rusiya Federasiyasından 12 jurnalist Türkiyəyə gəldi

  FETÖ-nün çevriliş cəhdinin izlərini görmək üçün Rusiya Federasiyasından 12 jurnalist Türkiyəyə gəldi. Onlar ilk olaraq qiyamçıların hədəfində olan TRT-yə baş çəkdilər. Sonra rusiyalı jurnalistlər 15 İyul qaziləri ilə görüşüb həqiqətləri dinlədilər.

  Amerika, Avropa, Asiya, Orta Şərq və dünyanın bir çox yerindən onlarla jurnalist 15 İyul gecəsi və sonra yaşananları öyrənmək üçün Türkiyəyə gəlir. Son olaraq Rusiya Federasiyasından 12 jurnalist Türkiyə Mətbuat İnformasiya Baş İdarəsinin dəvətilə Türkiyədə oldu. Heyətin ilk dayanacağı 15 iyul gecəsi çevriliş edənlərin hədəfindəki TRT idi. Xarici jurnalistlər işçilərin girov götürüldüyü, quldur bəyanatının oxunduğu 15 İyul Millət Stüdiyasını gəzdilər. TRT Haberin Koordinator yardımçısı Fatih Şahingöz jurnalistlərə o gecə nələr yaşandığını danışdı, sualları cavablandırdı. Rusiyalı jurnalistlər Ölkə Xaricindəki Türklər və Qohum Topluluklar İdarəsinə də getdilər. Heyət daha sonra 15 iyul qaziləri ilə görüşdü. Jurnalistlər həmin gecə nələr olduğunu şahidlərin dilindən dinlədilər və bu, onlara çox təsir etdi.



Әlaqәli Xәbәrlәr