Hulusi Akar: “Ölsəm şəhid, yaşasam qazi. Nə üçün? Vətən üçün”

Baş qərargah rǝisi General Hulusi Akar, vətən uğrunda hər cür təhdid və riski  ortadan qaldıracaqlarını bildirib.

588606
Hulusi Akar: “Ölsəm şəhid, yaşasam qazi. Nə üçün? Vətən üçün”

Hulisi Akar,Şırnak-Hakkari bölgəsindəki tǝdqiqatları çǝrçivǝsindǝ Van şǝhǝrindǝ sǝrhǝd mühafizǝ qüvvǝlǝri komandirliyini ziyarǝt edib vǝ günorta yeməyini əsgərlərlə yeyib. General Akar burada ǝsgǝrlǝrǝ müraciǝt edǝrǝk: “800 min kvadrat kilometr olan vətən torpağımızda, 80 milyon insanımızla birlikdə və dinclik çǝrçivǝsindǝ yaşamaq istəyirik. Bunun üçün də heç bir təhdid vǝ riskin ǝrazilǝrimizdǝ hökm sürmǝsinǝ icazǝ vermiyǝcǝyik. Separatçı terror təşkilatı PKK-nın kökü qazılmalıdır. Ölkənin birlik, bütövlük və təhlükəsizliyi uğrundakı mübarizədǝn imtina edilmiyǝcǝk. Bu mübarizǝ ǝn son terrorist yox olana qədər davam edǝcǝk. Namus, şərəf hesab etdiyimiz sǝrhǝdlǝrimizi qoruyacayıq. Biz bu yola çıxarkǝn nə dedik? Ölsəm şəhid, yaşasam qazi. Nə üçün? Vətən üçün. Sizlǝrǝ uğurlar olsun” deyǝ Baş qǝrargah rǝisi Hulisi Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr