Ölkə daxili və xarici hava hərəkatında hədəf terrorçulardır

Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarələri ölkə daxili və xaricində həyata keçirdiyi hava hərəkatında separatçı terror təşkilatı PKK-nın 5 üzvünü zərərsizləşdirib.

587595

  Baş Qərargahdan verilən məlumata görə, Bitlis rayonunun Tatvan qəsəbəsi çölündə dünən günorta saat 4 radələrində (saat 15:55 ilə 15:59 arası) hava hərəkatı təşkil edilib, 4 terrorçu zərərsizləşdirilib. Əməliyyatda 2 silah bazası və terrorçu məntəqəsi dağıdılıb.

  Ölkənin xaricində də hava hərəkatı təşkil olunub. Dünən günorta saat təxminən 2 radələrində (13.40-14.00 saatlarında) terrorçuların sığındığı İraqın şimalındakı Zer Tepe bölgəsinə Türkiyə döyüş təyyarələrinin hücumu olub. Hava hərəkatı zamanı bölgədə təsbit edilən bütün silah bazaları və 2 sığınacaq vurulub, 5 terrorçu zərərsizləşdirlib.

Әlaqәli Xәbәrlәr