Keçmiş maliyǝ naziri Unakıtan vǝfat edib
Türkiyǝnin keçmiş maliyyǝ nazirlǝrindǝn Kemal Unakıtan, İstanbulda müalicǝ olunduğu xǝstǝxanada dünyasını dǝyişib.
Bir müddətdir bədənindəki şiş səbəbiylə müalicə qǝbul edǝn Unakıtan, bu gün səhər vǝfat edib.
70 Yaşında dünyasını dǝyişǝn Kamal Unakıtan, 1968-ci ildə Ankara İqtisadi Ticarət Elmlər Akademiyasından məzun olduqdan sonra Maliyyə Nazirliyində işǝ qǝbul edildi. 1976-1978 illǝr arasında SEKA Baş diraktoru olan Unakıtan, bir çox sənaye müəssisələri, təşkilatlar, xarici ticarət şirkətlərində fǝaliyyǝt göstǝrdi. 2002-ci ildə 58. hökumətdə Maliyyə Naziri olaraq vǝzifǝyǝ başladı. Mǝrhum 59 vǝ 60-cı hökumǝtdǝ eyni vǝzifǝdǝ oldu.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...