Digər dörd qiyamçıya da rədd cavabı verildi

Amma əsgərlərin şikayətetmə kimi hüquqları olduğundan onların Türkiyəyə qaytarılması hələ mümkün deyil.

587578
Digər dörd qiyamçıya da rədd cavabı verildi

  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul çevriliş cəhdinə qatıldıqdan sonra Yunanıstana qaçaraq siyasi sığınacaq tələb edən 8 qiyamçıdan ikisi əsgər olmaqla 4-ünün müraciəti mühacir komissiyası tərəfindən rədd edilib. Bununla əvvəlki sığınacaq tələbi rədd edilən 3 əsgərlə birlikdə say 7 olub. Bir əsgər üçünsə qərar müddəti davam edir. Amma əsgərlərin şikayətetmə kimi hüquqları olduğundan onların Türkiyəyə qaytarılması hələ mümkün deyil.

  Xatırladaq ki, 15 iyul çevriliş cəhdindən o saat sonra ikisi əsgər olmaqla 8 qiyamçı “Sikorsky” tipli hərbi vertolyotla Yunanıstanın Dedeağaç Hava limanına qaçmış və sığınma tələb etmişdilər. Təhlükəsizlik səbəbiylə Afinada həbsxanaya aparılan qiyamçılar mühacirət müraciətlərinə qərar verilənə qədər nəzarətdə saxlanılır.



Әlaqәli Xәbәrlәr