Rusiya Türkiyədən gələn ərzaqların idaxalına qoyulan məhdudiyyətləri ləğv etdi

Məhdudiyyətlərdən əvvəl Türkiyədən ixrac edilən məhsulların Rusiyanın ümumi idxalındakı payı 2,4% idi.

587330
Rusiya Türkiyədən gələn ərzaqların idaxalına qoyulan məhdudiyyətləri ləğv etdi

Rusiya hökuməti Türkiyədən təzə və ya quru portağal, naringi, ərik, şaftalı və gavalı idxalına qoyulan məhdudiyyətləri aradan qaldırdı.
 
 Rusiya hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, 1 yanvar 2016-ci ildən etibarən Rusiya tərəfindən qadağan olunan bəzi məhsulların təkrar idxal edilə bilməsinə imkan verən sərəncam baş nazir Dmitri Medvedev tərəfindən imzalanıb.
 
 Məhdudiyyətlərdən əvvəl Türkiyədən ixrac edilən məhsulların Rusiyanın ümumi idxalındakı payı 2,4% idi.

 Türkiyədən ixrac edilən pomidor, Rusiyanın ümumi pomidor idxalının 57%-ni təşkil edirdi, şaftalının payı 45 %, soğan, gül kələmi və xiyar kimi məhsulların payı Rusiyanın ümumi idxalında 15- 20%-ni  təşkil edirdi
 
 Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğan ilə dünən axşam İstanbulda keçirdiyi görüşdən sonra verdiyi açıqlamada,Türkiyədən ixrac edilən bəzi tərəvəz və kənd təsərrüfatı məhsullarının Rusiya tərəfindən idxalının sərbəstləşdirildiyini dedi.
 
 Türkiyədən gələn ərzaq məhsullarına qoyulan məhdudiyyətlərin ilin sonuna qədər tamamilə götürülməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr