Türkiyǝ- Rusiya  arasında ortaq investisiya fondu yaradılır

Türkiyə-Rusiya əlaqələrinin sürətlə normallaşdırılması istiqamǝtindǝ daha bir addım atılıb. İki ölkǝ arasında ortaq investisiya fondu yaradılır.

586219
Türkiyǝ- Rusiya  arasında ortaq investisiya fondu yaradılır

Ortaq investisiya fondunun yaradılmasına dair razılaşma 2 ölkə iqtisadiyyat nazirlǝri tǝrǝfindǝn İstanbulda imzalanıb.

Türkiyǝnin İqtisadiyyat naziri Nihat Zeybekci, Rusiya İqtisadi İnkişaf naziri Aleksey Ulyukaev ilə İstanbulda bir araya gǝlib. Bu iki nazirin son 3 ayda dördüncü görüşü olub.

Nazir Zeybekcinin mǝlumatına görǝ Türkiyə və Rusiya arasındakı ticarət ilǝ ǝlaqǝli bütün mövzuların müzakirǝ olunduğu Birgǝ İqtisadi Komissiya da yenidǝ fǝaliyyǝtǝ başlayıb.

Türkiyə ilə Rusiya arasında ortaq investisiya fondunun yaradılmasına dair qǝrar qǝbul edildiyini ifadǝ edǝn Zeybekçi; “Rusiya investisiya fondu ilə yaraşı, Türkiyə fondu, Türkiyə və Avropa investisiya fondu birlǝşǝcǝk. İlk mǝrhǝlǝdǝ hǝr bir ölkǝ 500 milyon dollar sǝrmayǝ qoyacaq. Daha sonra zǝrurǝt olması halında sǝrmayǝ artırılacaq” deyǝ vurğulayıb.

Zeybekçinin sözlǝrinǝ görǝ Türkiyədən yaş tərəvəz  vǝ meyvə itxalatının qarşısını alan maneǝlǝr qıssa müddǝtdǝ qaldırılacaq.

Rusiya İqtisadi İnkişaf naziri Aleksey Ulyukaev isə ortaq fondun iş adamları üçün yeni qapılar açacağını ifadǝ edǝrǝk: “İki ölkǝ arasındakı ticarǝt dövrüyǝsini arzuladığımız seviyyǝyǝ çatdıracaq ǝhǝmiyyǝtli razılaşma imzalandı. Xidmət sektoru, investisiya, nəqliyyat, turizm kimi mövzular ǝtraflı şǝkildǝ müzakirǝ edildi. Bu danışıqların vǝ imzalanan razılaşmanın qıssa müddǝtdǝ töhvǝ verǝcǝyinǝ inanıram”.



Әlaqәli Xәbәrlәr