Ərdoğan:"Enerjinin ədalətli bölüşdürülməsi bəşəriyyəti sülhə və əmin-amanlığa yaxınlaşdıracaqdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan enerjinin ədalətli bölgüsünün dünya sülhünə töhfə verməsi üçün #barışiçinpaylaş ismarıcının bütün bəşəriyyətə çatdırılmasın vacibliyini qeyd etdi.

586493
Ərdoğan:"Enerjinin ədalətli bölüşdürülməsi bəşəriyyəti sülhə və əmin-amanlığa yaxınlaşdıracaqdır"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda öz işinə başlayan 23-cü Ümumdünya Energetika Konqresi münasibətilə "Twitter" hesabından ismarıc yaydı.
 
 Ərdoğan ismarıcında: "Enerji inkişafdan tutmuş sərmayələrədək, böyümədən tutmuş səhiyyəyədək bir çox məsələdə irəliləyişlərin olmasını təmin edən zəruri bir tələbatdır. Enerji, hər şeydən əvvəl,  bütün bəşəriyyətdə sülh və ədaləti təmin etmə məsələsində mühüm bir vasitə olma potensialına malikdir. Enerjinin ədalətli şəkildə bölüşdürülməsi inanıram ki, bəşəriyyəti sülhə və əmin-amanlığa daha da yaxınlaşdıracaqdır. Enerjinin ədalətli bir bölgü ilə dünya sülhünə töhfə verməsi üçün #barışiçinpaylaş mesajını bütün bəşəriyyətə çatdırmalıyıq" ifadələrindən istifadə etdi.



Әlaqәli Xәbәrlәr