R.T.Әrdoğan: ‘‘Yenikapı ruhunu zədələməyə çalışanlara millət olaraq ən gözəl cavabı verirsiniz''

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Asiya ilə Avropa qitələrini birləşdirən  və  dekabrın 20-də  açılacaq ‘‘Avrasiya Tuneli’’dən  özünun  idarə etdiyi  avtomobilə keçib.

585581
R.T.Әrdoğan: ‘‘Yenikapı ruhunu zədələməyə çalışanlara millət olaraq  ən gözəl cavabı  verirsiniz''

R.T. Ərdoğanı  Baş nazir Binəli Yıldırımla   Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan müşayiət ediblər.

R.T.Ərdoğan idarə etdiyi avtomobilə  İstanbulun Hərəm səmtindən  ‘‘Avrasiya Tuneli’’nə daxil olaraq Avropa qitəsinə keçib.

 Daha sonra dövlət başçısı Hərəm səmtinə  geri qayıdıb.

R.T.Ərdoğan burda verdiyi açıqlamada: "15 İyul axşamı bizə o rüsvayçılığı, o vəhşəti yaşadanlara  lazımi cavabı verən bütün millətimə  inanaraq söyləyirəm.  Yenikapı ruhunu zədələməyə çalışanlara millət olaraq  ən gözəl cavabı  hər yerdə verirsiniz, verməyə davam edəcəksiniz.  Dekabrın 20-də  inşallah  ‘‘Avrasiya Tuneli’’nin açılışını  edərkən  sizlərlə bir arada olacağıq" deyə bildirib.



Әlaqәli Xәbәrlәr