Böyük bir fəlakətin qarşısı alındı

Hadisə ilə bağlı bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə təhlükəsizlik tədbiri iclası keçiriləcək

585365
Böyük bir fəlakətin qarşısı alındı

  Türkiyənin Əmək və Sosial Müdafiə naziri Mehmet Müezzinoğlu: “Ankarada terror aktı hazırlığı içində olan 2 terrorçu özlərini partladaraq məhv etdi. Ölkəmiz, millətimiz bir fəlakətdən xilas oldu", - deyib.

  Ədalət naziri Bəkir Bozdağ Türkiyənin özəl televiziya kanalında hədəfin paytaxt olduğuna diqqət çəkib, eyni zamanda, deyib: “Böyük bir fəlakətin qarşısı alındı... Bombalı hücumlarda istifadə olunan ammonium nitratın satışı və istifadəsilə bağlı gələn həftə Türkiyə Böyük Millət Məclisində yeni layihəyə hazırlıqlar başlanacaq.”

  Xatırladaq ki, Ankarada bombalı avtomobillə hərəkət hazırlığı edən iki terrorçu Haymana yolu üzərində polisin "təslim ol" çağırışlarına əhəmiyyət verməyərək özlərini partladıb.



Әlaqәli Xәbәrlәr