"15 İyul qəhrəmanları" sənədli filmləri bütün TRT kanallarında

"TRT il boyu göstəriləcək 100 hissəli bu sənədli filmlərlə bu xain çevriliş cəhdini unutdurmamağı qarşıya məqsəd qoyub", İ.Eren

585409
"15 İyul qəhrəmanları" sənədli filmləri bütün TRT kanallarında

  Türkiyə Radio Televiziya Qurumu - TRT tərəfindən hazırlanan 100 hissəli "15 İyul qəhrəmanları" sənədli filmləri bütün TRT kanallarında yayımlanmağa başlanır.

  Filmlərdə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda törətdiyi çevriliş cəhdinə qarşı xalqın apardığı mübarizə qəhrəmanların dili ilə təsvir edilib.

  Gənci, yaşlısı, qadını, kişisi ilə 7-dən 70-ə milyonların milli iradə və demokratiyaya sahib çıxmaq üçün küçəyə töküldüyü, gözünü qırpmadan tankların önünə keçdiyi, güllələrə sipər olduğu gecədə şəhid və qazi olanlardan bəhs edən "15 İyul qəhrəmanları" sənədli filmləri 100 hissə nəzərdə tutlduğundan davamı çəkilməkdədir. Hər bölümündə bir qəhrəmanlıq hekayəsi əks olunur.

  TRT Baş direktor müavini İbrahim Eren bu barədə məlumat verərək deyib: "TRT il boyu göstəriləcək 100 hissəli bu sənədli filmlərlə bu xain çevriliş cəhdini unutdurmamağı qarşıya məqsəd qoyub. Sənədli filmlərdə qazilərin öz dillərindən və şəhidlərin yaxınlarından yaşananları dinləyəcəyik. O gecə ortaya çıxan alçaqlıqlar və qəhrəmanlıqlar gözümüzün önündə canlanacaq. Milli yaddaşımızı həmişə diri saxlamaq üçün, hörmətli dövlət başçımızın da söylədiyi kimi, 15 İyul haqqında televiziya və kino filmləri də planlaşdırırıq."

  “15 İyul qəhrəmanları” sənədli filmləri Türkiyə saatıyla bu kanallarda nümayiş olunacaq.

TRT 1 kanalında:  

  • həftə içi 17.00,
  • axşam (prime-time) proqramlarından sonra və
  • həftə sonu 16.00-da,

TRT Haber kanalında:  

  • həftə içi 06.20, 13.20 və 22.40-da,
  • şənbə günü 09.45, 15.45 və 21.45-də,
  • bazar 09.45, 14.45 və 22.20-də,

TRT Belgesel kanalında:

  • həftə içi 10.45, 18.55, 20.45 və 05.10-da,

TRT Okul kanalında:

  • həftə içi 10.30, 16.25 və 23.10-da,
  • həftə sonu 17.00, 22.15 və 00.45-də,

TRT Diyanet kanalında:

  • həftə içi 14.00,

TRT AVAZ-da:

  • həftə içi 15.20 və 17.50-də.


Әlaqәli Xәbәrlәr