Mehmet Şimşək beynəlxalq sərmayəçilərin Türkiyəyə maraqlarının davam etdiyini bildirdi

Türkiyənin baş nazirinin müavini Mehmet Şimşək   bütün siyasi, iqtisadi və geosiyasi problemlərə baxmayaraq,Türkiyə iqtisadiyyatının müqavimətini qoruduğunu söylədi.

584466
Mehmet Şimşək beynəlxalq sərmayəçilərin Türkiyəyə maraqlarının davam etdiyini bildirdi

Türkiyənin baş nazirinin müavini Mehmet Şimşək beynəlxalq sərmayəçilərin Türkiyəyə maraqlarının davam etdiyini söylədi.
 
 Mehmet Şimşək  Washingtonda keçirilən İMF (Beynəlxalq Valyuta Fondu)-Dünya Bankı illik toplantıları çərçivəsindəki JP Morqan Chase İnvestisiya Seminarında Türkiyə iqtisadiyyatına dair sualları cavablandırdı.
 
 Türkiyənin Ümumi Daxili Məhsul göstəricisində bu il 3,1% artım gözlənildiyini qeyd edən Şimşək cari kəsirin ÜDM-yə nisbətinin bu il yenə də turizm sektorunda zəifləmə səbəbindən 3% hədəfinin üstünə çıxmasına qarşı istiqamətlənmiş səviyyələrdə qalacağını söylədi.
 
 Böyümə və cari kəsir üzərindəki mənfi təsirlərin bir hissəsinin Rusiya ilə münasibətlərin düzəlməsi ilə gələn il aradan qalxacağına işarə edən Şimşək Rusiya ilə yanaşı Orta Şərq və Avropa ölkələri ilə yaxın əlaqələrin davam etdiriləcəyini bildirdi..
 
 Türkiyə iqtisadiyyatını təsir edən başqa bir amilin qaçqın problemi olduğuna diqqət çəkən Şimşək: "Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir.  3 milyondan çox suriyalı və iraqlı qaçqın Türkiyədə yaşayır. Bu insanlar həyatlarını xilas etmək üçün qaçırlar və çox böyük humanitar faciə yaşanır. Bu vəziyyəti həll etmək  məsuliyyətimiz var və biz bunu edirik.  LakinTürkiyə bu məsələ ilə bağlı layiq olduğu münasibəti görmür. Halbuki qaçqın böhranı yalnız Türkiyənin deyil, qlobal bir problemdir" dedi.
 
 Mehmet Şimşək  qaçqınların ölkəyə adaptasiyası uğurlu olduğu təqdirdə, iqtisadiyyata qısa müddətli mənfi  təsiri olan bu problemin, uzun perspektivdə pozitiv bir amilə çevrilə biləcəyini qeyd etdi.
 
Şimşək bütün siyasi, iqtisadi və geosiyasi problemlərə baxmayaraq,Türkiyə iqtisadiyyatının müqavimətini qoruduğunu söylədi.
 
 Seminardan sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Şimşək ABŞ-da görüşdüyü sərmayəçilərin Türkiyəyə yaxından maraqlarının davam etdiyini söyləməyin mümkün olduğunu dedi.
 
 BVF-nin böyümə gözləntiləri barədə də danışan Mehmet Şimşək bu il üçün açıqlanan 3,3 % böyümə proqnozunu real olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr