İraq Türkiyəni ittiham etdi, Türkiyə də qarşılıq verdi

İraq Məclisi Türkiyə Böyük Millət Məclisinin Türkiyə əsgərlərinin İraqda qalma müddətinin uzadılmasıyla əlaqədar verdiyi qərarı qəbul etmədiyini bildirib.

582989
İraq Türkiyəni ittiham etdi, Türkiyə də qarşılıq verdi

  Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib: “Türkiyə ilə bağlı təqsirləndirici fikirləri, xüsusilə, hörmətli dövlət başçımıza atılan çirkin ittihamları kəskin şəkildə qınayırıq. Bunlar qəbuledilməzdir.

  Türkiyə illərdir hər mövzuda əlindən gələn bütün imkanlarla İraq hökumətinə və xalqına dəstək olmağa çalışıb.

  Milli təhlükəsizliyə təhdid gördüyü DAEŞ-lə ilk gündən bu yana Türkiyə qətiyyətlə mübarizə aparır, DAEŞ-lə Mübarizə Beynəlxalq Koalisiyası yaranandan etibarən bir üzv olaraq koalisiyanın səylərini dəstəkləyir.

  Türkiyə illərdir İraqdan qaynaqlanan terror təhdidinə görə minlərlə vətəndaşını itirib, İraqdakı məzhəbçi yanaşmalar üzündən yaşanan qərarsızlıqların təsirində qalıb.

  İraqın ərazi bütövlüyü, suverenliyi, sabitliyi və təhlükəsizliyi üçün lazım olan böyük siyasi və iqtisadi vəzifələri Türkiyə boynuna götürüb. Bu günə qədər İraqa Türkiyədən heç bir təhdid olmayıb.

  İraq Nümayəndələr Məclisinə xatırlatmaq istəyərdik ki, Türkiyə Böyük Millət Məclisinin bu qərarı ilk dəfə deyil. Birinci dəfə belə bir qərar 2007-ci ildə qəbul edilib. İllərdir bu qərara etiraz etməyən İraq Nümayəndələr Məclisinin terrorun İraq və Türkiyədə bu qədər can aldığı bir dövrdə bunu yeni bir fikir kimi gündəmə gətirməsi maraqlıdır.

  İraqlı bəzi səlahiyyətlilərin Türkiyəni günahlandırıcı şərhlərindən Türkiyə hökuməti narahatlıq duyur”.

  Xatırladaq ki, İraq Məclisi dünən Türkiyəyə ağır ittihamlar irəli sürən qərar verib, Türkiyə Böyük Millət Məclisinin Türkiyə əsgərlərinin İraqda qalma müddətinin uzadılmasıyla əlaqədar verdiyi qərarı qəbul etmədiyini bildirib, Türkiyənin İraqdakı elçiliyinə nota göndərib, DAEŞ-ə qarşı könüllülərə hərbi təlim verən Türkiyə qüvvələrini “işğalçı güclər” adlandırıb, Rəcəb Tayyib Ərdoğanın şərhlərini qınayıb və Türkiyə ilə ticarət və iqtisadi əlaqələrin təkrar nəzərdən keçirilməsini İraq hökumətindən tələb edib.



Әlaqәli Xәbәrlәr