Türkiyə bir neçə ölkədə səfirlərini dəyişdi

Türkiyədə Rəsmi qəzetin bu günkü sayında dərc olunan qərara görə, Xarici İşlər Nazirliyində bir sıra vəzifə dəyişiklikləri olub.

582347
Türkiyə bir neçə ölkədə səfirlərini dəyişdi

Türkiyədə Rəsmi qəzetin bu günkü sayında dərc olunan qərara görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Türkiyənin Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin olundu.

Digər tərəfdən, daha əvvəl Xarici İşlər Nazirinin müavini vəzifəsini tutan Səfir Əli Naci Koru Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Cenevrədə daimi nümayəndəsi, nazirlik müşaviri Atılay Ersan Oman səfiri, Təftiş Heyətinin üzvü Dəniz Özmən Panama Səfiri, Avropa İşləri üzrə baş direktoru Xədicə Aslıgül Üğdül Slovakiya səfiri, Türkiyənin Avstriya səfiri Mehmet Hasan Göğüş Portuqaliya səfiri, BMT-nin Cenevrə daimi nümayəndəsi Mehmet Ferden Çarıkçı  Avstriya səfiri, baş direktor müavini Muhiddin Əhməd Yazal  Monqolustan səfiri təyin olundular.
 
 Oman səfiri Uğur Doğan, Slovakiya səfiri Lebibe Gülhan Ulutekin, Portuqaliya səfiri Ebru Barutçu Gökdenizlər və Serbiya səfiri Mehmet Kamal Bozay isə mərkəzdəki vəzifələrə təyin olundular.

 



Әlaqәli Xәbәrlәr