Rəcəb Tayyib Ərdoğan  ‘‘Rotana’’ televiziya kanalına müsahibә verdi

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Suriyanın şimalında tәhlükәsiz,  uçuşa qadağan  zonanın  yaradılması və xalqın geri qayıda bilmәsi üçün  5 min kvadrat metrlik әrazinin  terrordan təmizlənilməsinin  hәdәflәndiyini  dedi.

581331

 ‘‘Rotana’’ televiziya kanalına müsahibә verәn dövlәt başçısı bölgədəki son proseslәri  qiymətləndirdi.

Suriyalı müxalifәt qüvvәlәri ilә әmәkdaşlıq  edәrәk hәrәkәt edildiyini  ifadə edən Rəcəb Tayyib Ərdoğan  ‘‘Fәrat  Qalxanı’’ әmәliyyatı  ilə terror təşkilatı DEAŞ-dan  təmizlənən Cәrablusa  30 - 40 min arasında  adamın geri qayıtdığını bildirdi.

R.T.Әrdoğan: ‘‘Mosul mosulluların, Tәlafәr dә tәlafәrlilәrindir. Mosul terror tәşkilatı DEAŞ-dan azad edildikdәn sonra burda yalnız sünni  әrәblәr, türkmәnlәr vә kürdlәr qalmalıdır’’ deyә bildirdi.

‘‘Suriyalı qaçqın qardaşlarımıza  12.5 milyard dollar xәrclәdik. Bu bizim vәzifәmizdir’’ deyәn  dövlәt başçısı qәrb ölkәlәrinin  mәsuliyyәtdәn qaçdığını, beynәlxalq tәşkilatların isә suriyalılara  yalnız 520 milyon  dollar xәrclәdiyini  vurğuladı.

R.T.Әrdoğan:‘‘Suriyada  600 min vətəndaşını öldürən Bəşər Əsəd getmәlidir’’ deyә sözlәrinә әlavә etdi.

Dövlәt başçısı  Misir-Türkiyә  münasibәtlәrinin  normallaşmasının  hәrbi çevrilişlә vәzifәdәn uzaqlaşdırılan  sabiq president Mәhәmmәd Mursi ilә  bütün çevriliş әleyhdarlarının azadlığa buraxılmasına  bağlı olduğunu vurğuladı.

Әlaqәli Xәbәrlәr