Türkiyə Böyük Millət Məclisi 1 oktyabrdan işə başlayır

Türkiyədə 26-cı Dövr İkinci Qanunvericilik İli başlayır.

580512
Türkiyə Böyük Millət Məclisi 1 oktyabrdan işə başlayır

  20 avqustda tətilə çıxan TBMM 1 oktyabrdan iş başına dönür.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Məclisdə qvardiya əsgərlərindən ibarət xüsusi 160 nəfərlik hərbi bölüm tərəfindən qarşılanacaq.

  Türkiyədə 26-cı Dövr İkinci Qanunvericilik İlinin başlandığı ilk gün (1 oktyabr) Ərdoğan danışacaq, əsasən FETÖ ilə mübarizə məsələsinə toxunacaq.  

  Türkiyə dövlət başçısının nitqindən sonra Məclisin Baş Assambleyası ilk olaraq müddəti 2 oktyabrda dolacaq Nazirlər Kabinetinin tərkibinə baxacaq. Amma, məlumata görə, İraq və Suriya sərhəd əməliyyatlarıyla bağlı hökumətə verilən hakimiyyət səlahiyyətlərinin 1 il uzadılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr