Roman Televiziyası TRT-dən dəstək gözləyir

Balkan Ölkələri Media Görüşü münasibətilə Makedoniyada olan TRT Baş direktoru Şenol Göka Makedoniyanın Roman dövlət naziri Mustafa Necdetlə bir araya gəlib.

580676
Roman Televiziyası TRT-dən dəstək gözləyir

  Ş.Göka 15 iyul gecəsi makedoniyalıların dəstəyinə görə ona təşəkkür edib və deyib: “Türkiyə ilə Makedoniya arasındakı qardaşlıq bağı əsrlərə söykənir. Bu iki ölkə arasındakı o bağ 15 iyul gecəsi bir daha özünü göstərdi. Ölkəmizdən yüzlərlə kilometr uzaqlıqda olan Makedoniyada türk, arnavut, boşnak, roman – hər kəs Türkiyəyə olan dəstəyi göstərmək üçün küçələrdə idi”.

  Dünyanın tək olan Roman Televiziyasının rəhbəri Mustafa Necdet da öz növbəsində Türkiyənin Makedoniya üçün əhəmiyyətli dövlət olduğunu vurğulayıb və Şenol Gökaya TRT-dən dəstək gözlədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr