Çavuşoğlu və Kerri bir daha Suriyanı müzakirə etdilər

Kerri Çavuşoğluna zəng edib və onlar Hələbdəki vəziyyət başda olmaqla Suriyada davam edən qarşıdurmaların dayandırılması məsələsini müzakirə ediblər.

580507
Çavuşoğlu və Kerri bir daha Suriyanı müzakirə etdilər

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə telefonda Suriyadakı son proseslər haqqında danışıb.

  Kerri Çavuşoğluna zəng edib və onlar Hələbdəki vəziyyət başda olmaqla Suriyada davam edən qarşıdurmaların dayandırılması məsələsini müzakirə ediblər.

  Çavuşoğlu və Kerri Suriyada möhtac insanlara humanitar yardımların çatdırılmasıyla bağlı atılacaq birgə addımlar barədə də fikir mübadiləsi aparıblar.

  Bu arada onu da qeyd edək ki, Türkiyənin xarici işlər naziri makedoniyalı həmkarı Nikola Poposki ilə də telefonda danışıb və onlar səfər təqvimini müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr