“Bu ölkələr bölgənin içindən keçən gücdür”

Ərəbistanının ikinci adamı olaraq tanınan vəliəhd şahzadə Məhəmməd ibn Nayif ibn Əbdüləziz Əs-Səud dünən Türkiyənin paytaxtı Ankarada olub.

579809
“Bu ölkələr bölgənin içindən keçən gücdür”

  Türkiyənin Baş naziri Binəli Yıldırım terrorizmlə mübarizədə Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı artırmağa davam etdirəcəklərini bildirib.

  Ərəbistanının ikinci adamı olaraq tanınan vəliəhd şahzadə Məhəmməd ibn Nayif ibn Əbdüləziz Əs-Səud dünən Türkiyənin paytaxtı Ankarada olub. Çankaya Köşkündə təşkil edilən rəsmi mərasimdən sonra Baş nazir Yıldırım ərəb şahzadəsi ilə təklikdə görüşüb, sonra heyətlərarası görüş keçirilib və axşam ziyafətində onlar yenə bir araya gəliblər.

  Görüşdə hər iki ölkənin nazirləri də iştirak edib. İqtisadiyyat və enerji mövzuları başda olmaqla ikitərəfli əlaqələr müzakirə olunub.

  Binəli Yıldırım 15 iyul çevriliş cəhdi zamanı Səudiyyə Ərəbistanının Türkiyə hökumətinə dəstəyinə görə vəliəhd şahzadə Məhəmməd ibn Nayifə təşəkkür edib.

  Terrorizmlə mübarizədə iki ölkə əlaqələrinə toxunan Baş nazir bu mövzuda Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı artırmağa davam edəcəklərini bildirib. Ərəb şahzadəsi də öz növbəsində Türkiyə və Səudiyyə Ərəbistanını “bölgənin içindən keçən güc” olaraq şərh edib və bu iki ölkə arasında əməkdaşlığın regional təhlükəsizlik, rifah və sabitlik üçün kilid rolunu oynadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr