"Kimsə bizə təqvim və ya yol xəritəsi təyin etməsin": Ərdoğan

Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra Fǝtullahçı terror təşkilatı (fǝto) və PKK ilə daha efektli  mübarizə  etmǝk  mǝqsǝdiylǝ fövqəladə vəziyyətin  tǝtbiq  edildiyini  bildirib.

579582
"Kimsə bizə təqvim və ya yol xəritəsi təyin etməsin": Ərdoğan

Ərdoğan, Prezident administrasiyasında tǝşkil  edilǝn  sayca “27-ci  Muxtarlar Yığıncağında”   etdiyi  çıxışında,  Fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı xarici ölkələrdən gələn tənqidlərə cavab verib. Fransada 1 il belə vəziyyətin elan olunduğunu ifadǝ edǝrǝk: “Bizim vəzifəmiz bu millətin can, mal və əqli təhlükəsizliyini qorumaq və davam etdirməkdir. Kimsə bizə təqvim və ya yol xəritəsi təyin etməsin. Yol xəritəsini bu ölkənin hökuməti və təşkilatları müəyyən edir. 15 iyul tarixi Demokratiya və azadlıqları anma günü kimi qeyd olunacaq Dünən bu barədə Milli Təhlükəsizlik Şurasının toplantısında da hökumətə tövsiyə etdik. 15 İyulun artıq  şəhidləri, qaziləri anma  kimi qeyd edilǝcǝk.  Həmin tarix qeyri-iş günü olacaq”.

Terror təşkilatları PKK ilə FƏTO-nun əlaqəsinə də toxunan prezident Ərdoğan; “PKK-nın son dövrdə  hücumlarının  artmasının yeganǝ  sǝbǝbi  FƏTO-ya  qarşı  tǝzyiqi  azaltmaq”.

Beynəlxalq iqtisadi reytinq quruluşu Moodysin Türkiyə  ilǝ  bağlı  qǝrarına  da   toxunan   Ərdoğan, “qǝrar  siyasidir. Türkiyǝnin  gerçǝyi  ilǝ    üst-üstǝ  düşmür. Türkiyə investisiyalara, inkişafa  vǝ  güclǝnmǝkdǝ  davam  edir.  



Әlaqәli Xәbәrlәr