‘‘Fərat Qalxanı’’ әmәiyyatı qәtiyyәtlә davam edir

Türk Silahlı Qüvvələrinin avqustun 24-də başladığı ‘‘Fərat Qalxanı’’ әmәiyyatı çәrçivәsindә  kəşfiyyat və müşahidə vasitələri ilə təsbit edilən 82 DEAŞ hədəfinә  Fırtına haubitsalarından  346  dәfә atәş açıldı.

579075

 Bu günәdәk әmәliyyat çәrçivәsindә ümumilikdә  1414 hәdәfә 5 min 537 dәfә atәş açılıb.

Türkiyә Hәrbi Hava Qüvvәlәrinә aid  təyyarələr tərəfindən Uvayşiyah və İhtimalat bölgələrindəki  üç hədəfə dörd bomba atıldı.

 Bombardman nәticәsindә  terror təşkilatının  komandanlıq  və  silah-sursat ambarı olaraq istifadә etdiyi  iki binada olan DEAŞ  terrorçuları  mәhv edildi.

 Koalisiya qüvvələri də əməliyyatlarını davam etdirir.

 Rail və Tulaylin bölgələrində təsbit edilən DEAŞ hədəflərinə tәşkil edilәn  hava hərəkatı nәticәsindә  bir terrorçu, bir әl qumbarası vә bir bina mәhv edildi.

 Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәragahından verilәn açıqlamada,  bu günәdәk 28 mina vә 981 әl qumbarasının zәrәrsizlәşdirildiyi bildirildi.

 ‘‘Fərat Qalxanı’’ әmәiyyatı  çәrçivәsindә TSK-nın dәstәyi ilә  müxalifәt qüvvәlәri  Azez-Rai  xәttindә cәnuba doğru irәlilәmәyә davam edir.

 Müxalifәt qüvvәlәrinin qurudan vә havadan hәyata keçirdiyi  hücumlar nәticәsindә Rainin şәrqindәki   Әl Әbubiyah bölgәsi müxaliflәrin nәzarәtinә keçdi.

Әlaqәli Xәbәrlәr