"Çanaqqala 1915 Körpüsü" dünyanın ən uzun  körpüsü olacaq

Körpünün təməlinin 18 mart 2017-ci ildə atılması planlaşdırılır.

579521
"Çanaqqala 1915 Körpüsü" dünyanın ən uzun  körpüsü olacaq

Türkiyədə "Çanaqqala 1915 Körpüsü" dünyanın ən uzun  körpüsü olacaq.
 
 Çanaqqalada Lapsekinin Şekerkaya mövqeyi ilə Gelibolunun Sütlücə mövqeyi arasında inşa olunacaq "Çanaqqala 1915 Körpüsü" ilə bağlı Yaponya İqtisadi Ticarət və Sənaye Nazirliyi tərəfindən təyin olunan OCG Məsləhət Təşkilatının əməkdaşları bölgədə araşdırma işləri apardılar, birja nümayəndələri ilə dəyərləndirmə toplantısı keçirdilər.
 
 Gelibolu Ticarət və Sənaye Ofisinə gedən nümayəndə heyəti direktor İbrahim Özen və idarə heyətinin üzvləri ilə görüşdü.
 
 Firmanın rəsmisi Hironori Kuroki  təməlinin18 mart 2017-ci ildə atılması planlaşdırılan körpü layihəsi ilə bağlı məlumatlar verdi.
 
 Kuroki 2014-cü ildə Yaponya baş naziri Shinzo Abe və prezident Rəcəb Tayyib Ərdoğan arasında Çanaqqala Boğaz Körpüsündə yaponlar ilə birgə iş aparılması barəsində  razılıq əldə olunduğunu xatırladaraq, layihənin ekoloji təsirlərini araşdırmaq məqsədilə Geliboluya gəldiklərini bildirdi.
 
 Hironori Kuroki dünyanın ən uzun körpüsünün hazırda Yaponiyada olduğunu, Çanaqqaladakı  körpününü inşası bitdikdən sonra "ən uzun körpü" statusunu əldə edəcəyini sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr